• 19 Sentyabr 2019
logo
add image
Avstraliya nümayəndəsi: Bakı gözəl şəhərdir

Avstraliya nümayəndəsi: Bakı gözəl şəhərdir

Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin qorunması üsullarını müzakirə etmək üçün dünyanın hər yerindən mütəxəssisləri toplamış vacib tədbirdir.
Trend-in məlumatına görə, bunu Avstraliyanın Dəniz faunasının mühafizəsi cəmiyyətinin nümayəndəsi İmocen Zethoven sessiya zamanı deyib.
O, Bakı şəhərinin gözəlliyindən heyrətləndiyini deyib:
“Bakı gözəl şəhərdir. Müasir və qədim memarlıq bir-birilə gözəl uyğunluq təşkil edir. Mən buraya bir daha gəlməyə ümid edirəm”.
O, həmçinin əlavə edib ki, tədbir yüksək səviyyədə təşkil olunub.