• 11 Dekabr 2023
logo
İranın Azərbaycana düşmən münasibətinin əsl səbəbi

İranın Azərbaycana düşmən münasibətinin əsl səbəbi

Tehranın Azərbaycana düşmən münasibətinin əsl səbəbi İranda molla rejimini quran Xomeyninin ASALA tərəfindən Fransada qorunması və onun Tehrana qayıdışından sonra - 1982-ci ilə qədər ASALA-nın himayəsi altında yaşaması olub.
“Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” - ASALA 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində yaradılıb. İslam ölkələrinin əksəri ilə yanaşı, ən böyük mərkəzi Parisdə yerləşir. Məhz burdakı ofis də Xomeyninin həm qorunmasını, həm də onun dünyaya tanıdılmasını öz üzərinə götürür.
Xomeyni İranın xilaskarı kimi peyda olana qədər Parisdə yaşadığı dövrdə onu öz missiyaları üçün Fransa xüsusi xidmət orqanları hazırlamışdı. Xomeyni Fransaya uçub gedəndən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı. Amansız və kompromisə getməyən ayətullah beynəlxalq status əldə etdi. Və onu Şah tərəfdarlarından qorumaq üçün Parisdə xüsusi təlim görmüş bir dəstəyə ehtiyacı var idi. Bu zaman Parisdə peyda olan ASALA qurucularından olan Akop Tarakçıyan Xomeyninin Fransada sürgündə yaşadığı Neauphle le Chateau kəndindəki evinin qonağı olur və aralarında möhkəm dostluq yaranır. Akop onu qorumaq üçün 15 nəfərlik bir dəstəni Xomeyni yaşayan kəndə göndərir və beləliklə, İranın gələcək liderinin ermənilər qarşısında bir can borcu yaranır.
1979-cu il 1 fevral - Ayətulla Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra rejimə müxalif qismində geri qayıdır. Onu Parisdən gətirən təyyarənin arxa hissəsində silahlı dəstə Fransa kəşfiyyatı ilə birgə onu qorumağa məsul idilər.
Bir müddət İranda sistem qurmaqla məşğul olan Xomeyni 1982-ci ildə ermənilərə olan borcunu ödəmək istiqamətində addımlar atır.
1982-ci ildə ASALA Livanı boşaldıqdan sonra təşkilat üzvlərinin getdiyi ölkələrdən biri də təxminən 250 min erməni əhalisinin yaşadığı İran olub. İran 1983-cü ilin iyul-avqust aylarında ASALA ilə əlaqə saxlayır. ASALA-nın da ehtiyacı olduğu üçün bu təklifə cavab verir. ASALA rəhbərləri ilə İran rəsmiləri arasında keçirilən görüşdə təşkilata silah verilməsi üsulları və onların təlimi müzakirə olunur. ASALA da İranın istədiyi hərəkətləri həyata keçirəcəkdi. 1983-cü ilin avqustunda ASALA silahlıları kürdlərlə birlikdə İranın İraqa qarşı hücumunda iştirak edirlər. 1983-cü ilin avqustunda ASALA Tehrandakı bəzi Fransa səfirliklərini bombalayır. İran administrasiyasının xəbəri olmadan belə hücumların həyata keçirilməsi mümkün deyildi. 1984-cü ilin mart və aprel aylarında türk diplomatlarına qarşı hücumlar ASALA-nın Tehranda çox rahat hərəkət etdiyini göstərir. İran bu hücumlara qarşı tədbir gördüyünü bildirsə də, təşkilatla əlaqəni kəsmir. Xüsusilə 1985-ci ildən sonra Suriya ilə münasibətləri korlanan ASALA Bekaa vadisindəki silahlılarını İrana köçürür.
ASALA İranla əlaqələrini daha da irəli apararaq Beyrutda Amerika və Fransa əsgərlərinə qarşı bombardmanlar həyata keçirən radikal şiə Xomeyni tərəfdarı tərəfindən qurulan “İslami Cihad” terror təşkilatını dəstəklədiyini də açıqlayıb.
Bu gün İranda hakimiyyətdə olan rejim Xomeyninin vəsiyyətini icra edir. Buna görə də İranda rejim dəyişməyənə qədər ermənilərə dəstəyi onlar verəcək.
Zaur Əliyev, dosent