• 18 Fevral 2020
logo
BAXCP sədri Türkiyə səfirinə başsağlığı verib

BAXCP sədri Türkiyə səfirinə başsağlığı verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ ilə bağlı qardaş ölkənin Azərbaycandakı səfiri Erkan Özorala başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Səfir,
Baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının olması məni dərindən kədərləndirdi. Kədərinizə şərik olur, qəzada həlak olanların doğmalarına, Sizə və bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”.