• 18 Fevral 2020
logo
Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransında deyib.

O bildirib ki, bir müddət əvvələdək mədəniyyətlər dialoqu həyatdan qopmuş anlayış kimi qəbul olunurdu:

“Fikrimcə, bu gün bu anlayış tamamilə fərqli kontekstdə və fərqli baxımdan anlaşılır. Mədəniyyətlər dialoqu nədir? Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur”.

Qeyd edək ki, Bakıda Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Üçgünlük konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.

Bu gün konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak ediblər.

Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.