• 25 Aprel 2024
logo
AVCİYA müşahidəçilər üçün yaddaş kitabçası nəşr edib

AVCİYA müşahidəçilər üçün yaddaş kitabçası nəşr edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində “2020-ci il Milli Məclisə növbədənkənar seçkilərin monitorinqi” adlı yaddaş kitabçası nəşr edib.

AZƏRTAC xəbər verir ki, kitabça AVCİYA-nın Milli Məclisə builki seçkilərlə bağlı çap etdiyi 2-ci, 2004-cü ildən bəri isə 21-ci kitabdır. Kitab “Milli Məclisə keçirilmiş seçkilər haqqında qısa məlumat”, “Müşahidəçinin hüquq və vəzifələri”, “Müşahidə aparılmasının prinsipləri”, “Müşahidəçilər üçün davranış qaydaları”, “Müşahidəçi nəyi bilməlidir?”, “Rəsmi şikayət ərizələrinin verilməsi qaydaları”, “Seçki hüququnun pozulmasına aid edilən hallar” və “AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat” sərlövhəli bölmələrdən ibarətdir.

Yaddaş kitabçası müşahidəçilərə kömək məqsədilə hazırlanıb və AVCİYA-nın regionlarda keçirdiyi treninqlərdə müşahidəçilərə təqdim ediləcək.