• 26 Aprel 2024
logo
Sergey Slobodçuk: Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır

Sergey Slobodçuk: Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır

Azərbaycan Cənubi Qafqazda aparıcı neft-qaz tədarükçüsüdür, ona görə də perspektiv baxımından Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır.

Bunu ukraynalı politoloq Sergey Slobodçuk deyib.

Onun sözlərinə əsasən, Davos forumu ilk növbədə onunla maraqlıdır ki, burada Azərbaycanın Trans-Adriatik qaz boru kəməri (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya qaz nəqlində iştirakı sayəsində enerji bazarında yeni statusunu bəyan etmək olar:

“Biz Azərbaycanın adının hallandığı mərkəzi mövzunun “Cənub Qaz Dəhlizi” vasitəsilə qaz tədarükünün olduğunu görürük. Azərbaycan Prezidenti vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” ilə qaz 2020-ci ilin ortalarında nəql olunacaq. Biz bilirik ki, TANAP Avropanın qaz-nəqliyyat sisteminə 2019-cu ildə noyabrın sonunda qoşulub. TAP-ın işə salınması isə 2020-ci ildə planlaşdırılır”.

Politoloqun sözlərinə görə, Rusiya “Cənub Qaz Dəhlizi”ndə maraqlı ola bilər, bu layihə “Qazprom”un qaz nəqli üçün də cəlbedici ola bilər:

“Bir sözlə, Davos Azərbaycan üçün Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Rusiyanın maraqlarının birləşdiyi məkandır”.