• 18 Fevral 2020
logo
BAXCP sədrinin təbliğat kampaniyası uğurla davam edir

BAXCP sədrinin təbliğat kampaniyası uğurla davam edir

Qüdrət Həsənquliyevin seçki platforması 36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində yaşayan seçicilərin 80%-dən çoxuna çatdırılıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyevin seçki kampaniyası uğurla davam edir.
Bunu BayMedia-ya açıqlamasında Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəylinin sözlərinə görə, kampaniya öncədən hazırlanmış iş planı üzrə ardıcıllıqla həyata keçirilir: “İlkin mərhələdə biz təşviqat materiallarının seçicilərə fərdi qaydada çatdırılmasını təmin etmişik. Partiya üzvləri və seçki qərargahının könüllüləri BAXCP sədrinin seçki platformasını 36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində yaşayan seçicilərin 80%-dən çoxuna çatdırıblar”.
Elçin Mirzəbəyli sabahdan başlayaraq təbliğat-təşviqat kampaniyasının ikinci mərhələsinə strat veriləcəyini bildirib: “İkinci mərhələ də xüsusi peşəkarlıqla həyata keçiriləcək və nəticələr haqqında medianı məlumatlandıracağıq”.