• 27 İyul 2024
logo
BAXCP-dən müttəfiq partiyanın sədrinə təbrik məktubu

BAXCP-dən müttəfiq partiyanın sədrinə təbrik məktubu

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “İtaliya qardaşları” partiyasının sədri, Avropada Mühafizəkarkar və İslahatçılar Partiyasının Prezidenti, İtaliya Nazirlər Şurasının sədri xanım Giorgia Meloni təbrik məktubu göndərib.

Məktubda deyilir:
Hörmətli xanım Georgia Meloni,

İtaliya Nazirlər Şurasının sədri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Seçkilərdə əldə etdiyiniz nəticə “İtaliya qardaşları” partiyası ilə yanaşı, həm də Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının uğurudur.
Ümid edirəm ki, İtaliya Nazirlər Şurasının Sədri kimi də Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının (ECRP) mövqelərinin daha da möhkəmlənməsinə, üzv siyasi partiyalar arasındakı əlaqələrin intensivləvləşməsinə və İtaliya ilə Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcəksiniz.
2015-ci ildən Avropada Mühafizəkarkar və İslahatçılar Partiyasının tam hüquqlu üzvü olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) “İtaliya qardaşları” partiyasının və şəxsən sizin qələbənizin ECRP-nin üzvü olan siyasi təşkilatlar, xüsusilə də bu təşkilatların qadın liderləri üçün də mühüm stimulverici faktora çevriləcəyinə ümid bəsləyirəm.
Sizə və müttəfiqimiz “İtaliya qardaşları” partiyasına ölkənizin rifahı və inkişafı naminə fəaliyyətinizdə uğur diləyirəm”.