• 16 Aprel 2024
logo
Avropa İttifaqı: Sazişdə razılaşdırılmayan məsələlər ticarət və iqtisadiyyatla bağlıdır

Avropa İttifaqı: Sazişdə razılaşdırılmayan məsələlər ticarət və iqtisadiyyatla bağlıdır

Yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin imzalanması üçün danışıqların yeni mərhələsi həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib.
O, əminliklə bildirib ki, hər iki tərəf əməkdaşlıq sazişinin ən qısa zamanda imzalanması üçün səylər göstərəcək.
K.Yankauskas Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlərin məhz ticarət və iqtisadiyyatla bağlı olduğunu vurğulayıb.
Aİ rəsmisi bildirib ki, keçən ilin dekabr ayında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirilib: "Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak etdi və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirildi. Bu görüşlərdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr aparıldı".