• 20 Aprel 2024
logo
Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində elə namizədlər var ki, çalışırlar, biz onları qeydə ala bilməyək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu addım nəyəsə xidmət edir: “Mərkəzi Seçki Komissiyası namizədi qeydə almamaqda maraqlı deyil. Biz çalışırıq ki, mümkün qədər məsələləri namizədlərin xeyrinə həll edək. Ancaq qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Görünür, bununla onlar hansısa məqsədlərə xidmət edirlər”.