• 13 İyun 2025
logo
“Böyük Qayıdış” planı uğurla həyata keçirilir

“Böyük Qayıdış” planı uğurla həyata keçirilir

“Qarabağa böyük qayıdış” planı Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi prosesdir. 44 günlük II Qarabağ savaşındakı parlaq qələbəmizdən sonra bu plan ətrafında gedən işlər sürətlənib. İşğaldan azad edilmiş ərazilərimizdə təmir-bərpa işlərinin sürətlə getməsi bunu deməyə əsas verir. Əldə olunan şanlı qə¬ləbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və böl¬gədə tikinti-qurucul¬uq işlərinin aparılm¬asıdır. Dövlət tərəf¬indən “Böyük Qayıdış” planına uyğun olar¬aq məcburi köçkünlər¬in doğma yurd-yuvala¬rına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazil¬ərdə yeni yaşayış mə¬ntəqələrinin salınma¬sı, infrastrukturun bərpası, yolların çə¬kilişi, məktəb, xəst¬əxana tikintisi sürə¬tlə davam edir. Artıq işğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin baş planı hazır olmaqla yanaşı uğurla icra edilməsinə başlanıb. Hazırda düşməndən azad edilən ərazilərimizdə geniş miqyasda tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında indi bir coşğunluq yaşanır, yeni layihələrin icrasına start verilir. “Böyük Qayıdış”ın başlandığı ilk rayon olan Cəbrayılda da yeni layihələr uğurla icra edilir. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin dediyi kimi: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci böyük uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.
Məlum olduğu kimi, bu il iyulun 19-dan Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Bu gün xalqımız insanların öz doğma yurdlarına qayıdışını qürurla müşahidə edir. 30 ilə yaxın davam edən işğal müddətində haqsızlıq və ədalətsizliklə üzləşən keçmiş məcburi köçkünlər dövlətimizin həyata keçirdiyi siyasi kursu birmənalı şəkildə dəstəkləyirlər. Ölkəmizdə olan güclü xalq-iqtidar birliyi modeli Qarabağa qayıdış prosesi ilə daha da güclənir. Azərbaycan xalqı qalib ölkənin vətəndaşları olaraq daim Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir.
Həyata keçirilən ictimai rəy sorğuları da göstərir ki, zəngilanlıların timsalında bütün qarabağlılar öz ata-baba yurdlarına qayıtmağa hazırdırlar. Bu gün qayıdış prosesi təkcə mənəvi cəhətdən deyil, həm də siyasi və tarixi baxımdan da mühüm əhəmiyyətə malikdir. Qayıdış prosesi son yüz ildə savaşların və məğlubiyyətlərin girdabında olan Avrasiya məkanında həm də zəfərin simvoluna çevrilib. Zəngilandan başlayan Böyük Qayıdış tarixi əhəmiyyətə malikdir. Belə ki, uzun illər bu prosesin tarixi mahiyyəti tədris ediləcək, Azərbaycan xalqının öz yurduna necə sahib çıxması bir örnək kimi göstəriləcək.
“Qarabağın və şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq” – cari ilin oktyabr ayının 5-də işğaldan azad edilmiş Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən cənab Prezident çıxışı zamanı bu fikirlərə yer verib.
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Aubəniz Rüstəmova deyib ki, hazırda Azərbaycan dövləti sürətli şəkildə işğaldan azad olunan rayonlarda abadlıq-quruculuq işləri həyata keçirir. Prezident İlham Əliyev mütəmadi şəkildə bu rayonlara səfər edərək yeni-yeni obyektlərin təməlqoyma mərasimində iştirak edir. Artıq bəzi dövlət əhəmiyyətli obyektlərin işğaldan azad olunan rayonlarda ölkə başçısının iştirakı ilə açılışı olub. Xüsusən yeni yol və tunellərini çəkilişi, Füzuli Beynəlxalq Hava Limanının, bir neçə hərbi hissələrin açılışı mühüm əhəmiyyət daşıyır. Bütün bunlar strateji əhəmiyyət daşıyan obyektlərdir. Və bununla Azərbaycan Qarabağda müasir şəhərsalma işini həyata keçirir. Bu istiqamətdə dövlətimiz beynəlxalq təcrübəni də öynəyir. Eyni zamanda beynəlxalq aləmin işğaldan azad olunan rayonlara diqqətini çəkmək üçün bu torpaqlarda forum və konfranslar da keçirilir. Bu baxımdan oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi diqqət çəkir: “Bildiyimiz kimi, Ümumdünya Şəhər Forumu BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir. Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev təşəbbüs irəli sürüb ki, Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə Azərbaycan ev sahibliyi etməyə hazırdır. Məhz Prezident İlham Əliyevin təklifi əsasında Azərbaycan Milli Şəhərsalma Forumu Ağdamda təşkil edilib. Cənab Prezident açılış mərasimində çıxışında Ermənistanın Qarabağ regionunda apardığı dağıntılara geniş yer verib. Ölkə başçısı qeyd edib ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb: “30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.
Alim qeyd edib ki, bu gün Azərbaycan dövlətinin işğaldan azad olunan rayonlarda həyata keçirdiyi şəhərsalma işi təqdir olunur. Forumda iştirak edən qonaqlar Prezident İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirirlər. Qarabağda qısa müddət ərzində aparılan bərpa-quruculuq işləri qonalarda böyük təəssürat yaradıb. Bütün bunlar da Azərbaycan dövlətinin postmünaqişə dövrünün tərkib hissə olaraq şəhərsalma və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində yürütdüyü siyasətin uğurudur.
221 nömrəli tam orta məktəbin direktoru Günel Səmədova isə qeyd edib ki, milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq.
Bu cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət kimi heç vaxt vətəndaşları arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoymayıb və bundan sonra da bu belə olacaq. Biz birbaşa Konstitusiya səviyyəsində təsbit etmişik ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir və Azərbaycan Respublikası dövlətin bütün vətəndaşlarının ümumi və bölünməz vətənidir”.
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanovun fikrincə, təəssüflər olsun ki, işğaldan azad edilmiş ərazilərimizdə mənfur düşmənin törətdiyi barbarlıq və vandallıq hər bir vətəndaşımızı dərindən üzmüşdür. Ortaya çıxan mənzərə mənfur düşmənin əsl simasını bütün dünyaya nümayiş etdirmiş oldu. Belə ki, yaşayış yerlərimizdə daşı daş üstündə qoymayan mənfur düşmən şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan edib, tarixi-dini abidələrimiz dağıdılıb. Bütün bunlar erməni vəhşiliyinin bütün dünyaya nümayişi ilə yanaşı törətdikləri dağıntılarla işğal edilmiş ərazilərin onlara məxsus olmadığının bariz sübutu idi: “Ermənistanın törətdiyi dağıntılar heç bir zaman bizi ruhdan salmadı, əksinə qurub yaratmaq əzmimizi daha da artırdı. Müharibə bitdikdən sonra qısa vaxt ərzində dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtması üçün bərpa və quruculuq işlərinə start verdi. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görüldü. Belə ki, Azərbaycan dövləti tərəfindən ilk növbədə ərazilərimiz minalardan təmizlənməyə başlanıldı. Sonrakı mərhələdə isə avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edildi. Eyni zamanda azad edilmiş bölgələrdə elektrik, qaz və su xətləri çəkilmiş, yeni hava limanları inşa edilmişdir. Həyata keçirilən infrastruktur layihələri nəticəsində biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünyaya göstərmiş olduq.
Böyük Zəfərlə bitən Vətən müharibəsindən artıq iki il keçir. Əldə edilmiş qələbə nəticəsində artıq regionda yeni reallıqlar ortaya çıxıb. Ötən müddət ərzində baş verən hadisələr nəticəsində bu gün biz yeni çağırışlarla üz-üzəyik. Cənab prezidentin də qeyd etdiyi kimi bu çağırışlar Azərbaycan üçün, xalqımız üçün xoş çağırışlardır. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə dövlət başçımızın şəxsi nəzarəti altında böyük işlər görülür. Əminik ki, İlham Əliyev cənablarının rəhbərliyi altında qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra ediləcək və Böyük Qayıdış proqramı uğurla reallığa çevriləcəkdir”.

Cavid