• 19 Mart 2024
logo
Azərbaycan beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb - Məzair Pənahov

Azərbaycan beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb - Məzair Pənahov

Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxları artıq müsbət cavab verib”.