• 19 Mart 2024
logo
MSK bu namizədləri qeydə almadı

MSK bu namizədləri qeydə almadı

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

İclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədiklərinə görə qeydə alınmadıqları bildirilib. Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

M.Pənahov isə bildirib ki, əmlakı barədə düzgün məlumat göstərməyən namizədə bu məsələdə kömək etmək mümkün deyil: “Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də əmlakla bağlı məsələni nəzərə ala bilmirik”.

MSK sədri əlavə edib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: “Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.