• 19 Mart 2024
logo
Hikmət Hacıyev: Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir

Hikmət Hacıyev: Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir

Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir. Bu Forumda ölkəmiz mütəmadi əsasda dövlət başçısı səviyyəsində təmsil olunaraq o çərçivədə müxtəlif seminar, müzakirə və konfranslarda iştirak edir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, Davos Forumu çərçivəsində beynəlxalq biznes ictimaiyyəti, digər ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxsləri və byenəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilir. Onun sözlərinə görə, Davos Forumunda Azərbaycan həqiqətlərinin, istər siyasi, istər sosial-iqtisadi, istərsə də biznes inkişafı baxımından, məhz dövlət başçısı səviyyəsində bu formatda ətraflı və əsaslı şəkildə təqdim edilməsinin bilavasitə nəticəsi və göstəricisidir ki, bu Forum tərəfindən hazırlanan hesabatlarda Azərbaycanın inkşafının əsl həqiqəti, mahiyyəti üzrə öz əksini tapır:

“Bundan sonra da Azərbaycan Davos formatında əməkdaşlığını davam etdirəcək. Qarşıdan gələn növbəti Forumda da Azərbaycanın fəal surətdə iştirakı nəzərdə tutulur”.