• 24 Oktyabr 2021
logo
MDB müşahidəçiləri BAXCP sədri ilə görüşüblər

MDB müşahidəçiləri BAXCP sədri ilə görüşüblər

Bu gün Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə görüşüblər. Partiyanın Baş katibi Yaşar Kələntərlinin də iştirak etdiyi görüşdə BAXCP-nin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. BAXCP sədri qonaqların partiyanın seçki platforması, regionda və dünyada baş verən proseslərə münasibəti ilə bağlı suallarını cavablandırıb.