• 9 Dekabr 2022
logo
İranın “terror aktları ssenarisi": Siyahıda Azərbaycan da var

İranın “terror aktları ssenarisi": Siyahıda Azərbaycan da var

İran rejimi etirazları yatırmaq məqsədilə iki istiqamətdə hərəkət edir: öz tərəfdarlarını “muzdlu terrorçular və xaos yaradanlar” adlandırdığı etirazçılara qarşı qaldırır; “terror aktları ssenarisini” aktivləşdirir;
- Təbrizdə etirazların keçirildiyi bir neçə yerdə “terror aktı” hazırlığının qarşısı alınıb, terrorçular saxlanılıb;
- Kürdüstan əyalətində ABŞ istehsalı olan 65 avtomat “ələ keçirilib”;
Etirazların keçirildiyi müxtəlif şəhərlər haqda belə iddialar ortaya atılır. Rejim bununla etirazı xarici qüvvələrə bağlamaq və güc yolu ilə yatırmağa zəmin hazırlayır, istisna deyil ki, aksiyalarda “bombalar da partladılsın”.
O da istisna deyil ki, İranın iddia etdiyi “terrorçuları” bağlayacağı ölkələrdən biri Azərbaycan olsun. Xudafərin sərhəd zolağında “iki terrorçunun saxlanıldığı” iddiası belə zəminin hazırlandığını deməyə əsas verir. Və bununla həm etirazlara qarşı əməliyyatını həyata keçirməyə, həm də “bölgədə terrorçu qruplaşmalar var” iddiası ilə sərhəd dəyişikliyinə müdaxiləyə bəhanə yaradır.
Bu ssenariyə qarşı indidən addımlar atılmalıdır. Misal üçün, rəsmi Bakı Xudafərin sərhəd zolağında saxlanıldığı deyilən “iki terrorçu” haqda iddianın əsasını Tehrandan tələb edə, məsələyə aydınlıq gətirə bilər.
Asif Nərimanlı