• 17 Oktyabr 2021
logo
Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayıb.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

“Deputatlığa namizədlər üçün yaddaş kitabçası”nı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən əldə etmək olar.