• 24 Oktyabr 2021
logo
Məzahir Pənahov: Budəfəki seçki prosesində rekord rəqəmlər qeydə alınıb

Məzahir Pənahov: Budəfəki seçki prosesində rekord rəqəmlər qeydə alınıb

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində əldə olunan rəqəmlər indiyə qədər keçirilən seçkilərdə rekord göstəricidir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkinin mediada isiqlandırılması" mövzusunda informasiya sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.

M.Pənahov bildirib ki, seçkilərqabağı proses müsbət mənada gərgin keçir. O, seçki prosesinin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır.

MSK sədri vurğulayıb ki, KİV yeganə qurumdur ki, seçkilər dövründə əvvəldən axıra qədər seçki komissiyalarının yanındadır: “KİV-lər heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir”.