• 2 Dekabr 2020
logo
“Bakının enerji siyasəti Moskvada narahatlıqla qarşılanır”

“Bakının enerji siyasəti Moskvada narahatlıqla qarşılanır”

“Rusiyanın Avropanı enerji şantajı etməsinə baxmayaraq bu gün Almaniya və Fransa bu ölkə ilə iqtisadi və enerji əməkdaşlığında maraqlıdır. Baxmayaraq ki, bu gün Kremlin əsas strategiyası Avropanın nizami qruluşunu dağıtmaq və özündən asılı salmaqdır. Məhz Rusiyanın "Şimal-2" qaz kəmərinin əsas təyinatı Avropanı enerji aslılığına gətirməkdir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın hədələyici sanksiyalarına rəğmən Almaniya bu projedə daha da fəallıq göstərir. Rusiya "Şimal-2" axını qaz kəmərini işə saldıqdan sonra iki ildən sonra Avropanın enerji sisteminin 40 % nəzarət edəcək və bu, o deməkdir ki, ittifaqın 40% -nin idarə olunması Putinin sərəncamında olacaq. ABŞ çevik şəkildə bu layihənin qarşısnı almasa, Moskva Ukrayndan keçən qaz kəmərindən tadarükü dayandıracaq və daha da aqressiv siyasət sərgiləyəcək: “Avropanın enerji diversifikasiyasının bir hissəsi olan "Cənubi Qaz Dəhlizi" və onun əsas seqmentləri olan TANAP və TAP boru kəməri Avropanın Cənub-Şərqini enerji ilə təchiz edəcək. Bu gün Azərbaycanın qitənin enerji siyasətində mühüm rol alması təbii ki, Moskvada narahatlıqla qarşılanır. Məhz ABŞ bu layihəyə üstünlük verməklə, "TransXəzər" boru kəmərinin də çəkilməsində maraqlıdır. Bu da Mərkəzi Asiyanın mavi yanacağı Avropanın enerji təminatında mühüm amil olacaq. Rusiyanın Avropanın enrji bazarında rolunu minimuma endirəcək. Əgər, Avropa Rusiyanın mavi yanacağına üstünlük verib, digər alternativlərə tam dəstək verməsə, Rusiyanın siyasi və iqtisadi şantajı ilə daimi üzləşəcək. Amma, Azərbaycanın da mühüm yer aldığı TANAP-ın genişlənməsinə və "TransXəzər" boru kəmərinə dəstək verəcəksə, Avropanın həm siyasi, həm də iqtisadi arealı genişlənəcək”.
Politoloq qeyd edib ki, artıq, Azərbaycan qazı TANAP vasitəsi ilə Avropaya ixrac olunur. TAP boru kəməri bir ildən sonra tam gücü ilə işləyəcək. Demək, Rusiyanın Cənubi- Şərqi Avropaya qaz ixrac imkanlarını sıfıra endirilir. Avropanın şimal hissəsində Rusiyanın əsas təsirindən xilas edilsə, Avropa Rusiyanın qarşısında daha da güclü mövqeyə sahib çıxacaq və Cənubi Qafqazda əsas geosiyasi iştirakını genişləndirəcək.
Azərbaycanın bu geosiyasi və geoiqtisadi sferada yeri olduqca xüsusi əhəmiyyət kəsb edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə sahib olacaq. Avropa İttifaqı onda Azərbaycanı artıq öz tərkibində görmək istəyəcək. Mərkəzi Asiya da bu projedə yer ala biləcək: “Ölkəmiz Avropa İttoifaqı ilə çərçivə sazişini tez bir zamanda bağlamalı, ABŞ və Avropanın tam dəstəyinə arxalanamalıdır. Qarabağda hərbi əməliyyatlara başlasaq boru kəmərlərinin təhlükəsizliyinin təmininə ABŞ və Qərbin sankiyalarından qorunacağıq”.