• 19 Oktyabr 2021
logo
O vaxt dövləti dağıdan radikallar indi də təxribat törətmək, ölkədə qarşıdurma yaratmaq istəyirlər - Deputat

O vaxt dövləti dağıdan radikallar indi də təxribat törətmək, ölkədə qarşıdurma yaratmaq istəyirlər - Deputat

Dünyanın tanınmış reytinq agentliklərinin qiymətləndirməsinə görə, Azərbaycan ən islahatçı dövlətlər sırasındadır. Ölkəmizdə bir çox istiqamətdə, o cümlədən sosial, iqtisadi, insan hüquqları, dövlət quruculuğu sahələrində son illərdə olduqca böyük uğurlar əldə olunub və bu uğurlar da Azərbaycan xalqının istəklərini ifadə edən uğurlardır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu inkişafı bəzi qüvvələri ciddi narahat edir və o qüvvələr istəmirlər ki, Azərbaycan güclü, qüdrətli dövlət olsun: “Eyni zamanda, həmin qüvvələrin Azərbaycan daxilində də radikal müxalifət deyilən, Əli Kərimli qrupu deyilən əl buyruqçuları var və onlar zaman-zaman öz ağalarının qarşısında bəyanat verirlər. Bu insanlar tərəfindən deyilən yalanların, atılan böhtanların Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur, Azərbaycan xalqı da o insanların mahiyyətinin nədən ibarət olduğunu çox yaxşı bilir.

1992-1993-cü illərdə hakimiyyətdə olduqları vaxt onlar özlərinin kim olduqlarını göstəriblər. O zaman AXC-Müsavat cütlüyünün əlindən heç bir iş gəlmədi, dövləti dağıtdılar, iqtisadiyyatı məhv etdilər, ölkəni vətəndaş müharibəsi vəziyyətinə gətirdilər, torpaqlarımızın işğal olunmasına, yüz minlərlə insanımızın yurd-yuvasndan didərgin düşməsinə səbəb oldular. Onlar sonrakı dövrdə də Azərbaycana qarşı fəaliyyət göstərdilər. Bu gün də onların məqsədi təxribat törətmək, ölkədə qarşıdurma yaratmaqdır. Ancaq bu radikallar heç nəyə nail ola bilməyəcəklər. Bu gün Azərbaycan 90-cı illərdə olan dövlət deyil. Azərbaycan artıq güclüdür, güclü dövlətçilik, qanunvericilik, hüquq-mühafizə orqanları sistemi mövcuddur və ən əsası odur ki, Azərbaycan xalqı özü sabitliyi pozmağa çalışan qüvvələrin cavabını verə bilər”.

Əli Kərimlinin Azərbaycan ordusu haqqında mənfi fikir səsləndirməsinə diqqət çəkən M.Quliyev qeyd edib ki, Azərbaycan ordusu haqqında yalnız Azərbaycanın düşmənləri mənfi fikir deyirlər - erməni siyasətçiləri, erməni iqtidarı həmişə Azərbaycan ordusu haqqında mənfi rəy formalaşdırmağa çalışır: “Başqa heç kim, xüsusilə Azərbaycan vətəndaşı olan şəxs ordumuz haqqında mənfi fikir səsləndirməz. Bunu etmək anti-milli bir düşüncədir. Lakin Əli Kərimli bu yola da əl atmaqdan çəkinmir. Etiraf etmək istəmir ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bunu təkcə biz demirik, bu qiyməti beynəlxalq təşkilatlar veriblər. Azərbaycan ordusu həm hərbi hazırlığına, həm maddi-texniki təminatına görə dünyada nüfuzlu ordulardan biridir, ordumuzda yüksək vətənpərvərlik əhval-ruhiyyəsi var və hərbçilərə daim böyük diqqət göstərilir”.