• 24 Oktyabr 2021
logo
Məzahir Pənahov DSK üzvlərinə xəbərdarlıq edib

Məzahir Pənahov DSK üzvlərinə xəbərdarlıq edib

Bütün dairə seçki komissiyaları (DSK) sabah saat 18:00-a kimi sənədləri qəbul etməlidir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, müraciət edən insanın kimliyindən asılı olmayaraq fiziki imkanları çatmaz ki, bütün lazımı addımları atsın və sabah saat 18:00-a kimi DSK-lara çatdırsın:

“Bunu ona görə deyirəm ki, bəzi şəxslər təxribat xarakterli bu cür addımlar ata bilər və seçkiyə kölgə sala bilər. Ola bilər ki, kimsə qəsdən seçki prosesinə kölgə salmaq üçün təxribat xarakterli bu cür addım atar. Dairə seçki komissiyalarının üzvləri bu məsələdə diqqətli olmalıdırlar”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.