• 19 Oktyabr 2021
logo
Məzahir Pənahov imzatoplama ilə bağlı namizədlərə müraciət edib

Məzahir Pənahov imzatoplama ilə bağlı namizədlərə müraciət edib

Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: “Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.

Qeyd edək ki, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş Qabil Məmmədovun imzatoplamasında bələdiyyə sədrinin müavini iştirak etdiyi üçün onun namizədliyi qeydə alınmayıb.