Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində ödənişli seçkiqabağı təşviqat aparacaq KİV-lər məlum olub.
Mərkəzi Seçki Komissiyası (MSK) ödənişli seçkiqabağı təşviqat aparacaq KİV-lərin siyahısını açıqlayıb.
Siyahıya 40-dan artıq KİV-in adı daxil edilib. Özəl telekanallar ödənişli təşviqatda iştirak etməyəcək.
Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.