• 26 Aprel 2024
logo
Mişustin Əsədova zəng etdi

Mişustin Əsədova zəng etdi

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb