• 27 Aprel 2024
logo
XİN-dən ermənilərin meşələri yandırmasına münasibət

XİN-dən ermənilərin meşələri yandırmasına münasibət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.
Bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva Tvitter səhifəsində yazıb.
“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırılır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, - L.Abdullayeva paylaşımda bildirib.