• 8 Dekabr 2022
logo
Azərbaycan Misirə başsağlığı verdi

Azərbaycan Misirə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Tvitterdə paylaşım edib.
“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.