• 4 İyul 2025
logo
Hikmət Hacıyev Fransada səfərdədir

Hikmət Hacıyev Fransada səfərdədir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada səfərdədir. Trend-in məlumatına görə, bu barədə H.Hacıyev "Twitter" səhifəsində yazıb. H.Hacıyev qeyd edib: "Fransaya səfərim çərçivəsində Yelisey Sarayı və Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarla görüşmək imkanım oldu. Ölkələrimiz arasındakı siyasi dialoqa və ənənəvi dostluğa əsaslanan münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar mövcuddur".