• 6 Oktyabr 2022
logo
Bu türbə unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir

Bu türbə unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Qobustan rayonundakı Diri Baba türbəsində aparılan yenidənqurma işlərindən də bəhs edib.
Müsahibədə Diri Baba türbəsində gedən işlərlə tanış olduğunu vurğulayan dövlətimizin başçısı deyib:
“Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. Diri Baba türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”.