• 20 Aprel 2024
logo
Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi

Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi

Ermənistan parlamentinin müxalif "Ermənistan" partiyasının bir qrup deputatı Qarabağa qanunsuz səfər edib.
Unikal xəbər verir ki, dünən də "Mənim namusum var" fraksiyasının deputatı Tiqran Abramyan da Xankəndinə gedib.
"Bizə məlumat verdilər ki, bu gün səhər 5-6 deputat Artsaxa (Xandəndi - red.) yola düşüb və artıq sərhədi keçiblər. Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, hələ çatmayıblar, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, Ağavnoya (Zabux kəndi - red.) yaxınlaşırlar", - məlumatda qeyd olunub.