• 19 Mart 2024
logo
Bu ermənilər Zabuxdan Xankəndiyə köçür

Bu ermənilər Zabuxdan Xankəndiyə köçür

Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Zabuxun qondarma erməni icmasının "rəhbəri” Andranik Çavuşyan deyib.
Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.
"Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”, - o deyib.
Çavuşyan özü isə Xankəndidə qalacağını deyib.
Qeyd edək ki, Laçındakı ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.