• 25 Aprel 2024
logo
Ceyhun Bayramov əlcazairli həmkarı ilə görüşdü

Ceyhun Bayramov əlcazairli həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.
XİN xəbər verir ki, Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.