• 8 Dekabr 2022
logo
Ərsin Tatar Əliyevlə görüşü barədə paylaşım etdi

Ərsin Tatar Əliyevlə görüşü barədə paylaşım etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə paylaşım edib.
O, Tvitter səhifəsində yazıb:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir.