• 16 Aprel 2024
logo
Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir

Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir

Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
Bu təkliflə Report-a açıqlamasında "Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli çıxış edib.
O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:
"Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".