• 27 Sentyabr 2022
logo
Bakının ulduzu parlayır, maksimum çalışır...

Bakının ulduzu parlayır, maksimum çalışır... - Danielyan

Ermənistan əvvəlcə parçalandı, yalnız bundan sonra beynəlxalq arenada uduzduq, ona görə də qərar da buna uyğun olmalıdır.
Bu sözləri sosial şəbəkədəki səhifəsində Stepan Danielyan yazıb.
O bildirib ki, ABŞ və Rusiya arasında hazırda dolayısı ilə müharibə gedir:
“İndi siz ya Rusiya iləsiz, ya da Rusiyaya qarşısınız. Əlbəttə, heç kim seçim etmək istəmir, ancaq buna məcburdur. Hazırda nə Qərb, nə də Rusiya Türkiyə-Azərbaycan birliyi ilə münaqişəyə girəcək, çünki hər ikisi bundan böyük itkilər verəcək. Türkiyə fürsətlər sərhədində oynayır, Azərbaycanın isə “ulduzu parlayır”, bundan maksimum istifadə etməyə çalışacaq.
Ermənistan zəirf həlqədir, onun hesabına başqaları öz problemlərini həll edirlər. O, hazırda daxili parçalanma vəziyyətindədir. Ancaq bir-birimizi dinləməklə bu vəziyyətdən çıxa bilərik”.