• 28 Mart 2024
logo
İstənilən halda düşmənin unutduğu bir şey var

İstənilən halda düşmənin unutduğu bir şey var - "Dəmir Yumruq"

Azərbaycan yenə də oturuşmuş, stabil, güclü və müdrik dövlət olduğunu və özünəməxsus strateji xətti olan lider tərəfindən idarə olunduğunu sərgiləməkdədir.
Bunu iqtisad elmləri fəlsəfə doktoru Xaliq Məmmədov deyib.
Onun fikrincə, öz dayanıqlı və dinamik sosial iqtisadi siyasəti, həsas regionumuza münasibətdə öz mövqeyi, uğurlu siyasəti ilə cənab İlham Əliyev bir çox siyasət mərkəzlərinə master klass göstərir: "44 günlük vətən müharibəsi ilə düşmənə və onun havadarlarına şok yaşadan, onları maskalarını çıxartmağa vadar edən, dərin bir qorxuya salaraq sözün həqiqi mənasında yalvarmağa məcbur edən də bu reallıqlardır.
Lakin düşmən məkrli, hiyləgərdir və bəlkə də qaytardılar ampulasından əl çəkmir, dirəniş göstərir, öz ağlı miqyasında guya plan quraraq nəticə əldə etmə arzusu ilə yaşayır. İstənilən halda düşmənin unutduğu bir şey var - "Dəmir Yumruq". Bu iki kəlmədə bütün mesajlar vardır. Yerini bil, gələcəyini doğru müəyyən et, başqalarının halalına göz dikmə".
X.Məmmədov onu da qeyd edib ki, əlbəttə son günlər həyata keçirilən və düşmənə vurulan ağır zərbə ilə yadda qalan antiterror əməliyyatı da bu baxımdan gözlənilən, düşmənin son niyyətinin puça çıxarılmasına qədər işləyəcək, heç zaman asğıya alınmayacaq bir mexanizmdir. Əslində bu davam etməli və zəruri mesajları verməlidir.
Cavid