• 19 Aprel 2024
logo
Mişel Qarabağdakı hadisələri diqqətlə izləyir

Mişel Qarabağdakı hadisələri diqqətlə izləyir - Diplomat

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Qarabağdakı son hadisələrlə bağlı Azərbaycan və Ermənistan liderləri ilə sıx təmasdadır.
Bu barədə AB-nin adı açıqlanmayan nümayəndəsi deyib.
Onun sözlərinə görə, Ş.Mişel artıq Ermənistan baş naziri Nikol Paşinyanla danışıb, yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə də müzakirə aparacaq.
“Onun komandası və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar dialoq yolu ilə dərhal gərginliyin azaldılması və gündəmdə olan bütün məsələlər üzrə irəliləyiş əldə etmək üçün son günlər hər iki tərəflə sıx təmasda olub”, - deyə diplomat əlavə edib.