• 20 Aprel 2024
logo
KTMT-dən Qarabağdakı gərginliyə reaksiya

KTMT-dən Qarabağdakı gərginliyə reaksiya

KTMT “Dağlıq Qarabağda münaqişə tərəfləri”ni güc tətbiq etməkdən çəkinməyə çağırır.
Bu barədə KTMT-nin baş katibi Stanislav Zas deyib.
“KTMT Katibliyi “Dağlıq Qarabağ”da baş vermiş və insan tələfatına səbəb olan silahlı toqquşmalar barədə xəbərdən narahatdır. Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Biz münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün sırf diplomatik üsullardan istifadə etməyə çağırırıq”, - məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, bu münaqişə isə 10 noyabr 2020-ci ilə bəyanatı ilə tarixin arxivinə gömülüb. KTMT və Rusiya MN-in bu reallığı qəbul etmədiyi müddətdə erməni separatizmi də inkişaf edəcək və toqquşmalar qaçılmaz olacaq.