• 23 Oktyabr 2024
logo
ATƏT-dən Azərbaycan və Ermənistana çağırış

ATƏT-dən Azərbaycan və Ermənistana çağırış

Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq.
Bu barədə ATƏT-in Polşa sədrliyi Tvitter hesabında açıqlama yayıb.
“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - qeyd olunub.