• 28 Sentyabr 2022
logo
İrəvandan yeni həyasızlıq: Bakının tələbi qanunsuzdur?

İrəvandan yeni həyasızlıq: Bakının tələbi qanunsuzdur?

Azərbaycanın Qarabağ və Ermənistan arasında Laçın dəhlizi ilə əlaqəni başqa marşrutla əvəz etmək tələbi qanunsuzdur.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndində deyilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur. Bəli, bu tikintiyə artıq başlanılıb, lakin nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin çəkilməsi planından bəhs edilir. Belə razılaşdırılmış plan yoxdur. Ermənistan Respublikası artıq üçtərəfli formatda planı əlaqələndirmək və imzalamaq və razılaşdırılmış qrafikə və yol xəritəsinə uyğun olaraq irəliləməyi təklif edib. Üçtərəfli bəyannamədə məhz bu nəzərdə tutulur”, - Qriqoryan bildirib.
Qeyd edək ki, bu, Ermənistanın 10 noyabr 2020-ci il bəyanatının tələblərindən yayınmaq üçün ilk manipulyasiyası deyil. Rəsmi İrəvan hər vəchlə 10 noyabr bəyanatının tələblərindən imtina etməyə, prosesi gecikdirməyə və kapitulyasiyanın nəticlərindən siyasi oyunlarla xilas olmağa çalışır.