• 23 Oktyabr 2024
logo
“Heç kim dövlətin diqqətindən kənarda qalmır”

“Heç kim dövlətin diqqətindən kənarda qalmır” - Tural İsmayılov

“Birinci Qarabağ Savaşında zərər görən vətəndaşlarımız dövlətin dəstəyini daim hiss edirlər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. “Dövlət rəhbəri, cənab ali baş komandan daim qazilərə, veteranlara, həssas təbəqədən olan insanlara qayğının vacibliyini vurğulayıb. Məhz dövlət başçısının səyləri ilə bu gün ölkədə geniş sosial islahatlar həyata keçirilir. Bu islahatlar həm dövlətin sosial sahədə nə qədər diqqətli yanaşma ortaya qoymağının, həm də ölkəmizin ərazi bütövlüyü üçün sağlamlığını itirən insanlarımıza olan sayğının göstəricisidir. Bu gün təkcə 44 günlük Vətən Müharibəsində döyüşən vətəndaşlarımız dövlətin qayğısı ilə əhatələnməyibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. İlk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Bu dəstəyin bir çox komponentləri mövcuddur. Əvvəla nəzərə almaq lazımdır ki, Birinci Qarabağ Savaşında sağlamlığı zərər görən insanlarımız bu gün bizim rahat yaşamağımız üçün vuruşublar. Cənab Prezident tərəfindən bu gün onlara belə yüksək qayğının göstərilməsi həmin qəbildən olan vətəndaşlarımızda ruh yüksəkliyinə səbəb olur. Həmçinin, bu dəstək xalq-iqtidar birliyinin növbəti təzahürlərindən biridir”.
Ekspert bildirib ki, Azərbaycan sosial dövlət kimi regionda islahatların çevikliyi və sürətinə görə digər dövlətlərdən xeyli öndədir: “ ƏƏSMN-in açıqladığı rəsmi məlumatlarda da görünür ki, 44 günlük Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərin 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Növbəti iki ayda daha 500 mənzil və fərdi ev onlara veriləcək. Son 4 ildə də 1500-dək, postmüharibə dövründə 264 nəfər, 2022-ci ilin ilk yarımilində 100 nəfər, ümumilikdə ötən dövrdə 7450 nəfər müharibə əlilinə minik avtomobili verilib. Reabilitasiya müəssisələri son 4 ildə müasir tələblərə uyğun qurulub, qazilərin reabilitasiyası üçün müasir şərait yaradılıb. Postmüharibə dövründə də 1456 müharibə əlilinə 21 min reabilitasiya vasitəsi verilib, 5 min ailə sosial-psixoloji, 2506 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Nəticədə biz göürürük ki, bu sahədə ölkəmiz xeyli işlər görür. Eyni zamanda müharibə iştirakçılarına dəstək cəmiyyətdə də müsbət əhval-ruhiyyə yaradır”.

Əli