• 20 Oktyabr 2021
logo
Məzahir Pənahov: Deputatlığa namizədlər əmlakları barədə özləri məlumat verməlidirlər

Məzahir Pənahov: Deputatlığa namizədlər əmlakları barədə özləri məlumat verməlidirlər

Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: “Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər”.

MSK sədri deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.