• 17 Oktyabr 2021
logo
Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib

Prezident İlham Əliyev Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Vüqar Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.