• 7 İyul 2025
logo
Ruslar Ovannisyanı Qarabağa buraxmadı

Ruslar Ovannisyanı Qarabağa buraxmadı

Rusiyalı sülhməramlılar Ermənistanın İrs Partiyasının lideri Raffi Ovannisyanı Qarabağa buraxmayıb.
Bu barədə İrs Partiyasından məlumat yayılıb.
Partiyanın məlumatına görə, Ovannisyan Xankəndiyə nəvəsinin “xaç suyuna salınması mərasimi”nə gedirmiş.
“Keçid məntəqəsindəki əsgərlər komandirinin əmrini fotoşəkillə birlikdə təqdim etdilər. Bildirdilər ki, ola bilsin, qadağa rəsmi İrəvandan verilib”, - məlumatda qeyd olunub.