• 28 Noyabr 2020
logo
Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və tərəqqi arzulayıram".