• 30 Noyabr 2020
logo
Bu gün Prezident İlham Əliyevin “Rossiya-24” televiziya kanalına müsahibəsi yayımlanacaq

Bu gün Prezident İlham Əliyevin “Rossiya-24” televiziya kanalına müsahibəsi yayımlanacaq

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib.

Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Bu gün günorta saatlarında “Rossiya-24” televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan Televiziyası da birbaşa olaraq həmin yayıma qoşulacaq.