• 13 İyul 2025
logo
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum təsdiqlənib

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum təsdiqlənib

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.