• 25 Aprel 2024
logo
Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri dəyişib.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri artıq iqtisadiyyat naziri deyil, xarici işlər naziri olacaq.
Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.