• 3 Dekabr 2020
logo
Natiq Cəfərlinin rəqibi Niyaməddin Orduxanlı oldu

Natiq Cəfərlinin rəqibi Niyaməddin Orduxanlı oldu

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlının deputatlığa namizədliyi 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən irəli sürülüb. Niyaməddin Orduxanlı BAXCP-nin mətbuat xidmətinə açıqlamasında mübarizə aparmaq və qələbə qazanmaq əzmində olduğunu bildirib: “Çox gənc yaşlarımdan böyük siyasətə qatılmışam. Uzun illərdir ki. BAXCP sədri Qüdrət Həsənquliyevin müaviniyəm. Təvəzökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, ölkədə yeganə siyasətçiyəm ki, 5 dəfə bələdiyyə seçkilərində qalib gəlmişəm. Azərbaycanda 21 yaşlı ən gənc bələdiyyə üzvü olmuşam. 17 ildir ki, Azərbaycanın siyasi münasibətlər sisteminə yenilik gətirən, konstruktiv siyasi təfəkkürün cəmiyyətimizdə aparıcı mövqeyə çıxmasında müstəsna xidmətləri olan bir partiyanın – BAXCP-nin ideyalarının təbliğinə çalışıram. Dövlət və milli maraqların müdafiəsində hər zaman ön sıralarda olmuşam. Sosial şəbəkələrdə onminlərcə izləyicim, mövqeyimi dəstəkləyən insanlar var. Bu dəstəyin REAL nəticəyə çevriləcəyinə, parlamentdə dağıdıcı təfəkkürün, xarici təşkilatların əlində oyuncaq olan marionet siyasətçilərin deyil, konstruktiv düşüncənin üstün mövqe qazanacağına ümid bəsləyirəm”.