Hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. Dekabrın 28-də hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Mərkəzin fəaliyyəti barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənova brifinq təqdim edilib. Məruzə olunub ki, mərkəz müasir və yüksək texnologiyalı simulyator qurğuları quraşdırılmış sinif, bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.
Bildirilib ki, mərkəzdə xüsusi kompüter proqramları ilə təmin olunmuş avadanlıqlar və trenajorlar şəxsi heyətin bilik və bacarıqlarının lazımi səviyyədə saxlanılmasına, tapşırıqlarının real döyüş şəraitinə uyğun, vaxtında və dəqiq yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsinə imkan verir. Təlimatçılar tərəfindən hər bir öyrədilənin ixtisasına uyğun olaraq şərti tapşırıqlar qoyulur, onların tapşırığı yerinə yetirməsi prosesi elektron xəritələrdə izlənilir və qiymətləndirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
28 Dekabr 2019 16:26
1 624
Digər xəbərlər
15 Sentyabr 2025 14:32
567
15 Sentyabr 2025 10:44
392
15 Sentyabr 2025 10:41
385
15 Sentyabr 2025 10:39
371
14 Sentyabr 2025 11:06
651
13 Sentyabr 2025 21:59
742
12 Sentyabr 2025 09:28
1 127
11 Sentyabr 2025 16:16
1 309
11 Sentyabr 2025 15:43
1 239
11 Sentyabr 2025 11:19
1 274
11 Sentyabr 2025 11:16
1 274
10 Sentyabr 2025 14:02
3 836