• 28 Noyabr 2020
logo
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 16 namizəd qeydə alınıb

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 16 namizəd qeydə alınıb

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 16 namizəd qeydə alınıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Ümumilikdə seçiklərdə iştirak etmək üçün 1611 namizəd müracit edib. M.Pənahov bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən, 13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb. M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1012 nəfəri isə imza vərəqələrin artıq götürüb. 124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandrıb.